Xəzər Xəbər

“Kimyəvi silah tətbiq edib bizi ləkələmək istəyirlər” Türk general

Dünya | 15:33 • 17 Oktyabr 2019
“Kimyəvi silah tətbiq edib bizi ləkələmək istəyirlər”

Terror təşkilatı kimyəvi silah tətbiq edib günahı Türk Silahlı Qüvvələrinin (TSK) üzərinə atmağa çalışa bilər.

Belə bəyanatla Türkiyənin Milli Müdafiə naziri, general Hulusi Akar çıxış edib.

Akar deyib ki, terror təşkilatının bu addımı atacağına dair onlara informasiya gəlir. O, bəyan edib ki, TSK-nın arsenalında kimyəvi silah olmadığı hər kəs tərəfindən bəlli olan bir reallıqdır.

Qeyd edək ki, TSK Suriyada YPG/PYD/PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar aparır./teleqraf

Xəbər lenti

Çox oxunanlar