ABŞ növbəti dəfə İraqı sanksiyalardan azad edərək, rəsmi Bağdada daha 120 gün müddətində İrandan neft və qaz almağa icazə verib.
Bu məsələ İraqın Baş Naziri Adil Əbdül-Mehdi ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasındakı telefon söhbətindən sonra öz həllini tapıb.
Razılığa əsasən, İraqın "Iraq Oil Report” şirkətinin 3 ay ərzində İrandan neft və neft məhsulları, həmçinin təbii qaz idxal etməsinə icazə verilib. (AZƏRTAC)