"Sülh çeşməsi” antiterror əməliyyatı çərçivəsində indiyə kimi 673 PKK/PYD-YPG terrorçusu zərərsizləşdirilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh çeşməsi" adı altında antiterror əməliyyatına başlayıb.