Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ilin dekabr ayında görüşə bilərlər.
APA-nın "Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.
O qeyd edib ki, razılaşma olacağı təqdirdə, Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü dekabrda Slovakiyanın paytaxtı Bratislavada ATƏT-in xarici işlər nazirlərinin iclası zamanı baş tuta bilər.