Nüvə müharibəsi riskləri artır, dünyadakı vəziyyət təhlükəli hala gəlir və bunun üçün ölkələr arasında etimadın çatışmazlığı, dialoqun olmaması, elmin və yeni texnologiyaların sürətli inkişafı da daxil olmaqla, bir çox səbəb var.
XəzərXəbər xəbər verir ki, bunu Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində BMT baş katibinin tərksilah işləri üzrə müavini İzumi Nakamitsu bildirib.
"Biz çox analitik təşkilatlar, silahlanma üzərində nəzarət üzrə ekspertlər nüvə qarşıdurmasının artan riski haqqında danışırlar. Məşhur "Qiyamət günü" saatı iki dəqiqəsiz gecə yarısına yenidən qaytardı. Ciddi qorxular mövcuddur ki, vəziyyət yenidən kifayət qədər təhlükəli hal alır. Və mən bunun üçün çox müxtəlif səbəblər görürəm", - Nakamitsu deyib.
Onun sözlərinə görə, nüvə dövlətləri də daxil olmaqla, dövlətlər arasında etibar ciddi pozulub.
"Dialoq çatışmazlığını qeyd etmək lazımdır. Görünür, aparıcı dövlətlər və başqa ölkələr diplomatiya, danışıqlar və dialoqdan daha çox hərbi imkanları qiymətləndirməyə başlayırlar. Gözlərimizin önündə arzuolunmaz vəziyyət inkişaf edir", - Nakamitsu qeyd edib.
Bundan başqa, o, elmin və yeni texnologiyaların sürətli inkişafı amilini göstərib.
"Bunun nüvə sahəsinə necə təsir edəcəyini dəqiq bilmirik, amma çoxları, ən azından kiber məkanda zərərli fəaliyyətin nəticələrinin nə ola biləcəyini, süni intellektdən, hipersonik silahlardan və adi silahlardan istifadə etməyin potensial nəticələri barədə daha yaxşı başa düşməyin ehtiyacı barədə danışmağa başlayırlar. Hansı ki, strateji nəticələrə səbəb ola bilər", - BMT Baş katibinin müavini izah edib. (publika.az)