Vaşinqton Moskva ilə Menbiçin Suryanın nəzarətinə verilməsiylə bağlı məxfi razılığa gəlib.
Axar.az xəbər verir ki, bu məlumatı "Nyusvik” jurnalı yayıb. Jurnal ABŞ-ın şəhərdən qoşunlarını çıxarmağa başladığını və Rusiya ordusunun burada möhkəmlənməyə çalışmasını istədiyini yazıb.
Hətta ABŞ-ın bunun üçün Rusiya hərbçilərinə kömək etdiyi və onların bölgədəki təhlükəsiz olmayan zonalardan sürətli keçidini təmin etdiyi bildirilir.
***
Suriya ordusu Menbiç üzərində tam nəzarəti bərpa edib.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.