Xəzər Xəbər

Tramp Ərdoğandan sonra Öcalanın “oğluna” zəng etdi və... SENSASİON SƏNƏDLƏR

Dünya | 15:17 • 15 Oktyabr 2019
Tramp Ərdoğandan sonra Öcalanın “oğluna” zəng etdi və...
ABŞ prezidenti Donald Tramp PKK-nın Suriyada qanadı olan PYD/YPG-dən formalaşdırılan Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahinlə telefon danışığı aparıb.

Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

Pens qeyd edib ki, Tramp Ərdoğanla telefonda müzakirə aparıb və Suriyada təcili atəşkəsin elan edilməsini tələb edib. Qeyd edib ki, Türkiyədən Ayn əl Araba (Kobani) üçün hücum etməyəcəyi ilə bağlı zəmanət istəyir. Ərdoğan da bu məsələdə Trampa zəmanət verib.

Tramp Ərdoğanla yanaşı, SDQ komandiri ilə də telefonda müzakirə aparıb.

ABŞ prezidentinə yaxınlığı ilə tanınan repsublikaçı senator Lindsey Graham Tvitter hesabında Trampın Ərdoğan və SDQ komandiri ilə telefon danışığının detallarını açıqlayıb.

Grahamın paylaşdığı sənəddə deyilir: "Ən azından bunun qədər önəmli həmlə ilə prezident Tramp Suriyada İŞİD-ə qarşı əhəmiyyətli hücumlara rəhbərlik edən kürd güclərinin lideri general Mazlum ilə də görüşdü. Prezident Tramp general Mazluma Türkiyənin işğalını dayandırmaq üçün əlindən gələn hər şeyi edəcəyini və müzakirə yolu ilə bütün partiyaların maraqlarına uyğun anlaşma əldə olunmasını istədiyini bildirdi”.

Abdullah Öcalan və Ferhat Abdi Şahin

PKK terror təşkilatının lideri Abdullah Öcalan (SDQ) komandiri Mazlum Kobani kod adlı Ferhat Abdi Şahini "mənəvi oğlum” adlandırır.

Ferhat Abdi Şahinin adı Türkiyənin "qırmızı siyahı”sında yer alır./publika.az

Xəbər lenti

Çox oxunanlar