Xəzər Xəbər

Çexiya Türkiyəyə silah satışını dayandırdı

Dünya | 14:43 • 15 Oktyabr 2019
Çexiya Türkiyəyə silah satışını dayandırdı

Çexiya bu gündən etibarən Türkiyəyə silah satışını dayandırmaq barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Çexiya Daxili İşlər naziri Yan Hamaçek Tvitter səhifəsində yazıb.

Hamaçek qərarın baş nazir Andrey Babiş və Sənaye və Ticarət naziri Karel Havliçeklə birgə keçirilən iclasdan sonra qəbul edildiyini bildirib.

"Çexiya Respublikası Türkiyəyə hərbi vasitələrin təmini ilə bağlı bütün ixrac lisenziya sənədlərini dərhal dayandırıb”, - Hamaçek qeyd edib.

Qeyd edək ki, bu gün Cexiya Xarici İşlər naziri Tomaş Petrşiçek Türkiyə səfirini XİN-ə çağıraraq Ankaranın Suriyada apardığı hərbi əməliyyatları ilə bağlı ölkəsinin narahatlığını bildirmişdi.

Xəbər lenti

Çox oxunanlar