Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirib.
Xezerxeber.az xəbər verir ki, İŞİD-lə əlaqəli olduqları aşkarlanan 10 nəfər Ankarada, 4 şübhəli isə Samsunda həbs olunub. Tutulanlar xarici vətəndaşlardır. Onların öz ölkələrinə deportasiya olunması üçün miqrasiya idarələrinə təhvil verildikləri bildirilir.