Xəzər Xəbər

Əməliyyatların 7-ci günündə Türkiyə BUNU DA BACARDI Ərdoğandan BAKIDA SON AÇIQLAMALAR

Dünya | 13:46 • 15 Oktyabr 2019
Əməliyyatların 7-ci günündə Türkiyə BUNU DA BACARDI

"Bu səhər etibarilə min kvadrat-kilometrə yaxın sahəni terror təşkialtının işğalından xilas etdik”.

Bunu Türk Şurasının 7-ci zirvə toplantısına qatılmaq üçün Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Sülh çeşməsi” ilə bağlı son bilgiləri paylaşan prezident qeyd edib ki, əməliyyat təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə davam edir: "PKK/YPG-ni məhv etmək üçün 9 oktyabrda bir addım atdıq. İlk məqsəd PKK/YPG qaynaqlı terror təhdidlərinin ortadan qaldırılması. İkinci səbəbi isə qonaq etdiyimiz suriyalı ərəblərin evlərinə geri qayıtmaları. Bu gün hərəkatın 7-ci günündəyik. Qısa müddətdə Münbiçdən İraq sərhədinə qədər olan bölgəni təhlükəsiz hala gətirdik. Qaçqınların evlərinə geri qayıtmalarını təmin edəcəyik. Türkiyənin terrora qarşı verdiyi mübarizədə qardaşlarımızdan çox güclü dəstək gözləyirik”.

***

"Sülh çeşməsi” hərəkatının 5-ci günündə terrorçulardan təmizlənən Təl Abyad şəhərinin YPG/PKK-çı terrorçularla döyüş zamanı evlərini tərk etmiş sakinləri geri qayıtmağa başlayıb.

Suriya Milli Ordusunun əsgərləri şəhər mərkəzində təhlükəsizlik məqsədilə axtarış-nəzarət proseslərini davam etdirir.

Qeyd edək ki, Təl Abyad "Sülh çeşməsi”nə qədər 4,5 il PKK-nın işğalı altında qalıb. Rakkaya bağlı, əhalisinin əksəriyyəti ərəb olan şəhər 2014-cü ilin iyununda İŞİD tərəfindən işğal olunmuşdu. İŞİD təhdidini fürsətə çevirmək istəyən YPG/PKK terrorçuları ABŞ-ın verdiyi dəstəklə 1 il sonra bu şəhəri ələ keçirmişdi.

Terrorçular şəhərdəki ərəb və türkmanları bölgəni tərk etmələrini istəmiş, əks təqdirdə, koalisiya təyyarələrinin hava hücumu təşkil edərək onları qıracağı ilə təhdid etmişdi.

***

Yerli vaxtla saat 10:36 etibarilə "Sülh çeşməsi” hərəkatı çərçivəsində Şanlıurfanın Ceylnapınar ilçəsinin qarşısında yerləşən Ras əl Eyn şəhərinin ətrafı tank atışları ilə vurulub.

Terrorçuların mövqeləri kəskin atəş altında saxlanır. Şəhərdəki silahlı insident və partlayış səsləri Ceylanpınarda eşidilir.

***

Lazım gələrsə, Ermənistan Suriyadakı erməniləri təxliyə edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” hərbi əməliyyatı ilə bağlı danışarkən deyib.

"Etnik ermənilər Qamışlı və ətraf ərazilərində yaşayır. Dəməşqdəki səfirliyimizlə Hələbdəki baş konsulluğumuz Suriyanın şimal-şərqindəki ermıni qurumlarla daimi əlaqədədir. Hazırda bu bölgələrdə hərbi əməliyyatlar keçirilmir. Buna görə də təxliyə mövzusu gündəmdə deyil”, - mətbuat katibi bildirib.

Ermənistan Parlamenti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mitar Ayrapetyan daha əvvəl verdiyi açıqlamada Təl Abyaddakı erməni ailələrini təxliyə etməyi planlaşdırdılqarını söyləmişdi.

***

Müharibə məkanında kritik saatlar yaşanarkən Ankara-Moskva xəttində iki önəmli telefon danışığı baş tutub.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə, baş qərargah rəisi Yaşar Gülər isə rusiyalı həmkarı Valeri Gerasimov ilə telefonda Suriyadakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Türkiyənin "Hürriyət” qəzeti "Sülh Çeşməsi” hərəkatının nə zaman bitəcəyinin məlum olmadığını bildirib. Əbdülqədir Səlvinin qələmə aldığı məqalədə Milli Müdafiə naziri Hulusi Akarın İYİ Partiyasının sədri Meral Akşener və CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşündə hərəkatın planlaşdırılan təqvimdən daha tez hərəkət etdiyi, lakin əməliyyatın nə zaman sona çatacağı mövzusunda tarix vermədiyi bildirilib: "Bu, ucu açıq əməliyyatdır. Bu əməliyyatın son hədəfi isə terror korridorunu ortadan qaldırmaqdır”.

***

YPG/PKK terror təşkilatı Kobanidən "Fərat qalxanı” hərəkatı ilə terrorçulardan təmizlənən Cerablus bölgəsinə hücum edib.

Nəticədə 3 azyaşlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

***

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Sülh çeşməsi” əməliyyatı 7-ci gününə daxil olub.

"Anadolu” agentliyi xəbər verir ki, Müdafiə Nazirliyinin açıqladığı son məlumatlara görə, əməliyyat çərçivəsində 595 PKK/PYD/YPG terrorçusu zərərsizləşdirilib.

Tel Abyad və Rəsulaynda şəhər mərkəzlərinə nəzarətin tam təmin edilməsindən sonra gözlər Fəratın qərbində yerləşən Münbiçə çevrilib. YPG-nin nəzarətində olan şəhər ətrafında bazar günü axşamından bəri hərəkətliklik yaşanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın "Qərar verdik, icra mərhələsinə keçdik” sözləri ilə Münbiç əməliyyatının anonsu verməsindən Münbiçin şimalındakı Cerablusda Türkiyə Silahlı Qüvvələrinin hərəkətliliyi artıb. Çox sayda komanda ilə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri sayılan "Bordo bereliler” Münbiç ətrafına göndərilib. Bölgədə tanklar və zirehli texnikanın hərəkətliliyi də diqqəti cəlb etməyə başlayıb. Bu texnika arasında hərbi birliklərin çayı keçməsi üçün nəzərdə tutulan səyyar körpülər də var.

Suriya Milli Ordusuna bağlı qüvvələrin də Münbiç sərhədində yerləşdirilməsinə başlanılıb.

İddiaya görə, Münbiç ətrafındakı hərəkətliliyin səbəbi əsas hissəsi YPG-dən ibarət olan "Suriya Demokratik Gücləri”nin Dəməşqlə razılaşdığına dair iddianın olmasıdır. İddia görə, "Suriya Demokratik Gücləri” Münbiç və Kobani də daxil olmaqla, nəzarət etdiyi bölgələrə rejim qüvvələrini çağırıb.

Publika.az

Xəbər lenti

Çox oxunanlar