Xəzər Xəbər

Türkiyədə HDP-dən olan bələdiyyə sədrləri nəzarət altına alınıb

Dünya | 11:55 • 15 Oktyabr 2019
Türkiyədə HDP-dən olan bələdiyyə sədrləri nəzarət altına alınıb

Türkiyənin Hakkari şəhərinin və Yüksekova, Nusaybin Erciş rayonlarının Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədrləri nəzarət altına alınıb.


AZƏRTAC xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan bələdiyyə sədrləri polis təşkilatının terrorla mübarizə şöbəsinə aparılıb.


Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarışlar zamanı terror təşkilatlarına aid çox sayda videomateriallar ələ keçirilib.

Xəbər lenti