Türkiyənin Suriyada keçirdiyi əməliyyatı Avropa olaraq dayandıracaq vəziyyətdə deyilik. İnsanlara qarşı dürüst olmalıyıq.
Bunu Lüksemburqun Xarici İşlər və Avropa naziri Jan Asselborn deyib.
Nazir bəyanatını Avropa Birliyinin xarici işlər nazirlərinin Türkiyənin Suriyada keçirdiyi əməliyyatı müzakirə etmək üçün Lüksemburqda keçirəcəyi toplantıdan əvvəl səsləndirib.
O əlavə edib ki, Türkiyənin terror ünsürlərinə qarşı həyata keçirdiyi əməliyyatı dayandırmaq üçün ard-arda açıqlamalar verən Avropa ölkələri sanki bir qalxan olub.
Xatırladaq ki, Türkiyənin Suriyada terrorçulara qarşı apardığı əməliyyata ən çox Avropa Birliyi ölkələri etiraz edir. Bu ölkələr əməliyyatı dayandırmaq üçün əllərindən gələni edir, Türkiyəyə silah satışını dayandırdıqlarını bildirir, YPG terrorçularını dəstəkləyən addımlar atırlar./teleqraf