Rusiyanın yardımı ilə YPG terror təşkilatı ilə masaya oturan Bəşər Əsəd güclərinin Münbiçə doğru irəlilədiyi barədə iddiadan sonra Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu hərəkətə keçdi.
Əsəd rejiminə yaxınlığı ilə tanınan "Al-Mayadin” televiziyası suriyalı əsgərlərin Hələbdən 85 kilometr şimal-şərqdə yerləşən Münbiç şəhərinə girdiyini iddia etmişdi.
Əsasını YPG-dən təşkil olunan "Suriya Demokratik Gücləri” rejimlə razılaşdıqlarını açıqlamışdı. AKP-li keçmiş millət vəkili Şamil Tayyarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu rejim güclərinin irəliləyişinin qarşısını alıb.
"Afrin və Ayn Al-Arabdakı ssenari Münbiçdə də səhnələşdirilir. O zaman məyus oldular, indi də. ABŞ hələ Münbiçdən çəkilməyib. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Münbiçi mühasirəyə aldıqdan sonra rejim gücləri yenə yoldan döndü”, - keçmiş millət vəkili sosial şəbəkədəki səhifəsində yazıb.
Daha əvvəl mənbələrə istinadən Livanın "Al-Mayadin” telekanalı Suriya ordusu 48 saat ərzində Münbiç və Kobani şəhərlərinə girməyi planlaşdırdığını bildirmişdi.
Yerli KİV-ə istinadən "İnterfaks" agentliyi isə xəbər vermişdi ki, Amerika hərbçiləri Suriyada Türkiyə hərbçilərinə qarşı hərəkət edən hökumət qüvvələrinin irəliləyişi imkanlarını məhdudlaşdırırlar. Belə bir hadisə Suriya ordusunun Münbiç şəhərin qərb ərazisinə daxil olmağa cəhd zamanı baş verib. Qeyd edilir ki, Suriya hərbçiləri Münbiç şəhərinə daxil olmağa çalışırlar./publika.az