Xəzər Xəbər

Çin və ABŞ arasında ticarətin həcmi 14,8 faiz azalıb

Dünya | 12:46 • 14 Oktyabr 2019
Çin və ABŞ arasında ticarətin həcmi 14,8 faiz azalıb

İlin əvvəlindən sentyabr ayı da daxil olmaqla, Çin və ABŞ-da illik əmsalda əmtəə dövriyyəsi 14,8 faiz azalaraq 402,66 milyard dollar təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə ÇXR-in Baş Gömrük İdarəsinin rəsmi nümayəndəsi Li Kuyven mətbuat konfransında deyib.


Açıqlanan məlumata əsasən, həmin dövr ərzində Çinin ABŞ-a ixracatı 10,7 faiz azalaraq 312 milyard dollara, idxalı isə 26,4 faiz azalaraq 90,66 milyard dollara enib.


Li Kuyven, həmçinin oktyabrın 10-11-də Çin-ABŞ iqtisadi-ticarət danışıqlarının növbəti raundunun keçirildiyini və bəzi istiqamətlərdə real irəliləyişə nail olunduğunu xatırladıb.


2017-ci ildə Çin və ABŞ arasında əmtəə mübadiləsi 12,3 faiz artaraq 583,7 milyard dollar təşkil edirdi. Bununla yanaşı, Çindən ABŞ-a ixracat həcmi 11,5 faiz çoxalaraq 429,8 milyard dollara, ABŞ-dan mal idxalı isə 14,5 faiz artaraq 153,9 milyard dollara qədər yüksəlmişdi.

Xəbər lenti