İraq hakimiyyəti Rusiyanın "S-400" zenit raket komplekslərini almaq niyyətindədir. "RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bu barədə İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi bildirib.
"İraq hakimiyyəti Rusiyanın S-400 zenit raket sistemlərini almaq qərarına gəlib", - deyə o, vurğulayıb.
Həmçinin Hadi onu da qeyd edib ki, müqavilənin imzalanma tarixi hələlik məlum deyil./FaktXəbər