"Gürcüstan "Brexit”dən sonra Böyük Britaniyanı əvəz etməyə şad olardı”.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri prezident Salome Zurabişvili "Euronews” telekanalına müsahibəsində deyib.
"Böyük Britaniyanın niyə belə bir qərar qəbul etdiyini anlamıram. Amma Gürcüstan onun yerini doldurmağa şad olardı. Bizim gələcəklə bağlı yeganə planımız Avropadır. Gürcüstan Avropaya qayıtmaq istəyir”, – deyə Salome Zurabişvili bildirib.