Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə danışıqlarda Vaşinqtonun Moskva barəsində sanksiyalarını çox qısa müzakirə ediblər.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
"Sanksiyalar haqqında söhbət çox qısa oldu”, - Uşakov deyib.
O, həmçinin qeyd edib ki, Putin və Pompeo Ukraynada vəziyyəti müzakirə etməyiblər.
Putin və Pompeo arasındakı görüşün 1,5 saat davam etdiyini deyən Uşakovun sözlərinə görə, görüşdə ikitərəfli gündəmin bəzi məsələləri, əsasən beynəlxalq məsələlər, o cümlədən strateji sabitlik, silahsızlanma və mövcud regional problemlər müzakirə edilib.
Uşakov əlavə edib ki, Vladimir Putin və Maykl Pompeo Rusiya və ABŞ liderlərinin Osakada keçiriləcək G20 sammitində görüşmək imkanını müzakirə ediblər. O, Moskvanın prezidentlərin potensial görüşünün istənilən formatına hazır olduğunu deyib.