ATƏT-in Minsk qrupu həmsədrləri bu ay regiona səfər etməyi planlaşdırırlar.
ONA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, həmsədrlərin səfərindən sonra bəzi məsələlər dəqiqləşəcək: "Nazirlərin görüşü məsələsi gündəlikdədir. Əvvəl də qeyd etdiyim kimi, həmsədr ölkələrdən biri tərəfindən nazirlərini görüşünün təşkilinə dair təklif var, ancaq görüşü hazırlamaq lazımdır".