2019-cu ili başa vurmaq üçün 3 ədəd Yer kürəsinə ehtiyac var.
XəzərXəbər xəbər verir ki, Dünya Təbiəti Mühafizə Fondu və Qlobal Ayaq İzi Şəbəkəsinin hazırladığı hesabatda dünya əhalisinin təbiətdəki resursları sürətlə istehlak etdiyi bildirilib.
Avropa İttifaqı ölkələrində istehlakın sürətləndiyini diqqət çəkən sənəddə qeyd edilib ki, dünya əhalisi bu il üçün nəzərdə tutulan resursların hamısını mayın 10-da istehlak edib.
Hesabata görə, 2019-cu ili başa vurmaq üçün təxminən 2.8 ədəd dünyanın ehtiyatına ehtiyac var. Hesabatda avropalıların dünya ehtiyatlarını daha çox istehlak etdiyi bildirilib.
Təbiəti Mühafizə Fondunun mütəxəssisi Yörg-Andreas Krüger qeyd edir ki, avropalılar sanki bir yox, 3 Yer kürəsi varmış kimi yaşayırlar: "Dünya bizim ayaqlarımızın altında inildəyir”.
Fond məsələ ilə əlaqədar tədbirlər planı hazırlamaq üçün Avropa Parlamentinə müraciət edib.
Alimlərə görə, təbii sərvətlərə yönəlik ən böyük təhdid iqlim dəyişikliyinə səbəb olan istixana effektinin yüksəlməsidir.
Hesabata görə, Avropa İttifaqında təbii sərvətləri sürətlə istehlak edən ən başlıca ölkə Lüksenburqdur. Bu ölkə 2019-cu il üçün nəzərdə tutulmuş "istehlak səbəti”ni fevralın 16-da tamamilə yeyərək bitirib. Almaniya isə mayın 3-də bu il üçün nəzərdə tutulmuş ehtiyatı istehlak edib.