Alimlərin apardığı hesablamalara əsasən, dünyada bütün karbon tullantılarının 20%-ni 100 şəhərinsakinləri istehsal edir.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, karbon qazının emissiyası ən çox yüksək inkişaf etmiş, o cümlədən əhalisinin gəlirləri və sıxlığı yüksək olan şəhərlərin payına düşür.
Qeyd edək ki, aparılmış tədqiqatın nəticələrinə görə, ölkələrin əksəriyyətində (187 ölkədən 98-də) üç böyük şəhər aqlomerasiyası bütün milli karbon emissiyalarının dörddə birini təşkil edir.
Ən çox karbon qazı emissiya edən şəhərlər:
# | Şəhər | Əhalinin sayı |
1 | Seul (Cənubi Koreya) | 21 254 000 |
2 | Quançjou (Çin) | 44 309 000 |
3 | Nyu-York (ABŞ) | 13 648 000 |
4 | Honkonq (Çin) | 6 029 000 |
5 | Los-Anceles (ABŞ) | 13 482 000 |
6 | Şanxay (Çin) | 23 804 000 |
7 | Sinqapur | 5 235 000 |
8 | Çikaqo (ABŞ) | 7 260 000 |
9 | Tokio (Yaponiya) | 32 999 000 |
10 | Ər-Riyad (Səudiyyə Ərəbistanı) | 5 747 000 |