XəzərXəbər xəbər verir ki, xəbəri bir həftəyə yaxındır gizli saxlamağa çalışırlar. Kabayevanın hələ mayın 7-də ana olduğu bildirilir. Saytın yazdığına görə, gimnastçının yerləşdirdiyi klinikanın dördüncü mərtəbəsi ona görə tam boşaldılıb. Ona VİP-palatada qalmağa şərait yaradıblar. Yeməklər Moskvanın elit restoranlarından gətirilirmiş. Klinika gecə-gündüz mühafizə olunurmuş.
Doğum prosesi üçün ölkənin müxtəlif yerlərindən peşəkar həkimlər çağırılıb. Uşaqlar haqda heç bir məlumat verilmir. Onların boyu, çəkisi, adları da çox məxfi saxlanılır.
Hələ 2008-ci ildə "Moskovskiy korrespondent” qəzeti Kabayevanın Rusiya prezidenti Vladimir Putinlə evləndiyini yazmışdı. Bunun ardınca "Spiegel”, "Stern”, "Die Welt”, "Die Presse” hadisə ilə bağlı materiallar dərc etdi. Böyük səs-küy yarandı. Kabayeva yazılanları təkzib etdi. Hər şey həm də həmin Rusiya qəzetinin bağlanması ilə nəticələndi. Elə indi də Qərb mətbuatında Kabayevanın əkiz oğlan uşaqlarını Putinlə münasibətdən dünyaya gətirdiyi yazılır./Bizimyol.info