XəzərXəbər xəbər verir ki, mütəxəssis Yer kürəsində 8 bal gücündə zəlzələnin meydana gələcəyini deyib.
Bu vaxta qədər verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis bu həftə planetlərin düzülüşünə diqqət çəkib və 5-6 may tarixlərində gerçəkləşən Mar-Yer-Yupiter və Günəş-Merkuri-Venera düzülüşlərinin ardınca Yeni Qvineyada 7,2 bal gücündə baş verən zəlzələni xatırladıb.
Huqerbits 7-8 may tarixlərində Günəş-Merkuri-Venera-Neptun və Yer-Merkuri-Saturnun düzülüşlərində Merkurinin mövqeyinə diqqət çəkib. Bildirib ki, bu tip düzülüşlərdən sonra şiddətli zəlzələnin əmələgəlmə ehtimalı 71%-dir. Maqnituda isə adətən, 7,5 bal olur.
Onun statistikasına görə, ən pis ssenaridə 8 və daha böyük bal gücündə zəlzələ baş verə bilər. (publika.az)