Fars körfəzinə göndərilən Amerika təyyarədaşıyanı hədəfdir.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) briqada generalı Əmir-Əli Hacızadə bildirib.
Onun sözlərinə görə, göyərtəsində 40-50 təyyarə və 6 min hərbi qulluqçu olan təyyarədaşıyan İran üçün hədəfdir.
Əmir-Əli Hacızadə daha əvvəl qeyd edib ki, Amerika hərbçilərinin regionda olması ciddi təhlükə təşkil edirdi, ancaq indi, təhlükə imkana çevrilib.
Bir həftə əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Birləşmiş Ştatlar İran sahillərinə "Avraam Linkoln” təyyarədaşıyan zərbəçi qrupunu və operativ bombardmançılar qrupunu göndərir. Onun sözlərinə görə, bu, İran rejiminə aydın siqnal olacaq./publika.az