ABŞ prezidenti Donald Tramp iyunda Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşə bilər.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ağ Evin iqtisadi məsələlər üzrə məsləhətçisi Larri Kudlou bildirib.
Onun sözlərinə görə, Tramp və Cinpin Yaponiyada G20 ("Böyük iyirmilik”) sammitində görüşə bilər. Larri Kudlou həmçinin əlavə edib ki, belə görüş üçün yaxşı şans mövcuddur.
Kudlou vurğulayıb ki, Çin ABŞ-la ticarət danışıqlarında öz mövqelərindən geri çəkilib.
Daha əvvəl Donald Tramp bildirib ki, Çin özünü son ticarət danışıqlarından sonra uduzmuş hiss edir./publika.az