Xəzər Xəbər

Kappadokiya turistlərin axınına görə yeni rekordlar müəyyən edir

Dünya | 16:57 • 11 May 2019
Kappadokiya turistlərin axınına görə yeni rekordlar müəyyən edir

2019-cu ilin əvvəlindən Kappadokiyada yenə də turizm bumu yaşanır.


Türkiyənin əsas mədəniyyət, tarix və təbiət turizmi mərkəzlərindən biri sayılan Kappadokiya turistlərin axınına görə ötənilki rekordu bu ilin əvvəlindən təzələyib.


Kappadokiya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kappadokiya təbiətinin, o cümlədən Pəribacaları vadisinin gözəllikləri, qayalarda yonulmuş evlər, hava şarlarında uçuşlar dünyanın hər yerindən turistləri bu regiona cəlb edir. Burada qonaqlar üçün piyada ekskursiyalar, at və dəvə belində, habelə kvadrosikllərdə gəzintilər təşkil edilir.


Regional Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, bu il Kappadokiyaya turistlərin axını daha da artıb.


Yanvar ayında Kappadokiyanın turizm obyektlərində 123.244, fevralda 128.955, martda 188.487, apreldə 360.046 turist olub. Beləliklə, ilin əvvəlindən Kappadokiyaya ümumən 800.732 turist gəlib.


Yanvar-aprel aylarında regionda turistlər arasında ən populyar yerlər açıq səma altında "Gereme” Muzeyi, Dərinquyu və Qaymaqlı yeraltı şəhərləri olub.


2018-ci ilin analoji dövründə Kappadokiyaya 705.149 turist gəlib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar