Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiya ilə sülh müqaviləsi barədə danışıqları sürətləndirməyə çağırıb.
Bu barədə o, Moskva səfərindən qayıtdıqdan dərhal sonra Hokkaydo adasında yerləşən Sapporo şəhərində çıxışı zamanı bəyan edib. Rusiya səfərinə toxunan nazir bildirib ki, tərəflər arasında müzakirələr kifayət qədər qızğın keçib.
Xatırladaq ki, T.Kono mayın 10-da Moskvada rusiyalı həmkarı S.Lavrovla iki ölkə arasında sülh müqaviləsi məsələsi də daxil olmaqla, müxtəlif mövzularda müzakirələr aparıb. Görüşün yekunlarına həsr edilən mətbuat konfransında hər iki nazir Moskva ilə Tokio arasında fikir ayrılığının hələ də qaldığını bildirsələr də, bu problemin həlli üçün işin davam etdiriləcəyini bildiriblər. (AZƏRTAC)