Siciliya adasının cənubunda, Mussomeli şəhərində köhnə tikililəri bir avroya satışa çıxarıblar.
The Sun bildirir ki, yeni ev sahiblərinə bir il ərzində mənzili əsaslı təmir etmək şərti qoyulub. Əks halda onlar 7 min avroluq zəmanət depozitini itirəcəklər.
Hazırda satışda 100 ev olsada yaxın zamanda daha 400 evin hərraca çıxarılacağı gözlənilir.