Xəzər Xəbər

Keçmiş nazirin sərvətinə HƏBS QOYULDU - 171 MİLYON DOLLAR...

Dünya | 15:47 • 8 May 2019
Keçmiş nazirin sərvətinə

Malaziyanın keçmiş Baş naziri Nəcib Razakın 171 milyon dollarlıq sərvətinin dövlət büdcəsinə keçirilməsi üçün iddia qaldırılıb.

Anadolu agentliyi xəbər verir ki, sabiq hökumət başçısı vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur. İddianı hökumət və polis təşkilatı qaldırıb. Dövlət büdcəsinə keçirilməsi üçün müraciət edilən sərvət, keçmiş baş nazirin şəxsi əmlakı və bank hesablarıdır.

Onların arasında 27 bahalı avtomobil, qol saatları, zinət əşyalar, mülklər var.

Qeyd edək ki, nazirin sərvəti ötən il polis nəzarətinə götürülmüşdü./Redaktor.az

Xəbər lenti

Çox oxunanlar