Xəzər Xəbər

Netanyahu Ruhaniyə CAVAB VERDİ: "Sizə imkan vermərik"

Dünya | 15:39 • 8 May 2019
Netanyahu Ruhaniyə CAVAB VERDİ:

İsrailin Baş naziri Binyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin nüvə təhdidləri barədə bəyanatına münasibət bildirib.

Anadolu agentliyinin məlumatına görə, o bildirib ki, İsrail İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək:

"Bizi öldürmək istəyənlərlə mübarizəmizi davam etdirəcəyik”.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani nüvə anlaşmasında yer alan ölkələrə bank və neft sektorlarında öhdəliklərini yerinə yetirməsi üçün 60 gün vaxt verib. Əks halda İran uranın zənginləşdirilməsi barədə fəaliyyətini bərpa edəcək.

Redaktor.az

Xəbər lenti

Çox oxunanlar