Ümümdünya Səhiyyə Təşkilatı ilan sancmaları nəticəsində ölənlərin sayının azaldılması ilə bağlı yeni strategiyanı təqdim edib.
Bu haqda BMT-nin saytında dərc edilən xəbərdə deyilir.
Ümümdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il 5,8 milyon insan ilanların dişləmələrinə məruz qalır. Bu ilanlardan yarısı zəhərlidir. İlan zəhərindən hər gün 220-380, il ərzində isə 80 mindən 138 minə qədər insan ölür.
İlan dişləməsindən sonra sağ qalanların bəziləri isə amputasiyaya məruz qalır və əlil olurlar.
İlanların əsas qurbanları Asiya və Afrika ölkələrinin kasıb kənd icmalarında olan uşaqlar və fermerlərdir. Orada tibb məntəqələri bir qayda olaraq pis təchiz edilir, bir çox ölkələrdə ya ümumiyyətlə lazımi antitoksin yoxdur, ya da onlar az effektlidir.
Təşkilatın yeni strategiyası 12 il ərzində ilan dişləmələrinin nəticəsi olan ölüm faizi və əlilliyin miqyasını iki dəfə azaltmağa kömək etməlidir./publika.az