Xəzər Xəbər

Türkiyə və Rusiya görünməmiş olaya İMZA ATACAQ ABŞ-ı vahiməyə salacaq PLAN

Dünya | 14:43 • 8 May 2019
Türkiyə və Rusiya görünməmiş olaya İMZA ATACAQ

"Türkiyə və Rusiyanın S-500 zenit raket kompleksinin istehsalında əməkdaşlıq etməsi görülməmiş olay olacaq”.

Bunu Rusiya Dünya Silah Ticarəti Analizləri Mərkəzinin rəhbəri, "Natsionalnaya Oborona” dərgisinin baş redaktoru İqor Korotçenko deyib.

Hərbi mütəxəssis Türkiyənin bu layihəyə qətiyyətlə maraq göstərdiyini, Rusiya hərbi texnologiyalarının ABŞ-ın texnologiyalarına nisbətən daha öndə olduğunu bildirib.

"Rusiya hava və raket müdaifə sistemləri sahəsində dünyada lider mövqeyindədir. Türkiyə isə prezident (Rəcəb Tayyib) Ərdoğan şəxsində hərbi potensialını texnoloji məzmunda gücləndirməyə çalışır. Ankara Rusiyanın bu növ silahların istehsalında daha üst səviyyədə yer aldığını bilir. Türkiyənin aviasiya və kosmos sənayesinin inkişafı üçün lazımi texnologiyalara sahib ola bilcəyi Rusiya ilə əməkdaşlığın ona nələr qazandıracağını anlayır”- Korotçenko deyib.

Əməkdaşlığın xüsusiyyətlərini açıqlayan və Türkiyə üçün böyük əhəmiyyətinə toxunan hərbi mütəxəssis bildirib ki, S-500-lərin ixrac üçün nəzərdə tutulan istehsalının Rusiya ilə birlikdə ərsəyə gətirilməsi Türkiyə üçün cəzbedicidir: "Bu məsələdə tək məhdudiyyət Türkiyənin aviasiya və kosmos sənayesinin sahib olduğu imkanlar ola bilər. Lakin bu çətinliklər müvəqqətidir. Moskva Ankaranın müdafiə səneyisini inkişaf etdirmə arzusunu dəstəkləyəcək. İki ölkənin əməkdaşlığı həm silah istehsalında, həm də qarşılıqlı təmaslar baxımından görülməmiş olay olacaq. Hətta okeanın o tayındakı "ortaqların” da fikirlərini qarışdıracaq. Ərdoğan çox əvvəldən özünü müstəqil bir siyasi oyunçu kimi ortaya qoyub. Bu səbəbdən, ABŞ-ın təhdidlərinin özlərinə belə yararı olmaz”./Publika.az

Xəbər lenti

Çox oxunanlar