Türkiyənin Dəyanət İşləri Nazirliyi və Dəyanət Vəqfi Ramazan ayı ilə əlaqədar Nigeriyada ehtiyacı olan 750 ailəyə humanitar yardım göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Ensari Yentürk məlumat verib. O, hər il Ramazan ayında dünyanın müxtəlif ölkələrində ehtiyacı olanlara yardımların göstərildiyini bildirib.