Pakistanın Pəncab əyalətinin Laxor şəhərindəki Data-Darbar məbədi yaxınlığında törədilmiş terror aktına görə məsuliyyəti "Hizbul Ahrar” qruplaşması öz üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 30-a yaxın insan yaralanıb. Yaralananlardan 9-nun vəziyyəti ağırdır.