Əfqanıstanın paytaxtı Kabildə şiddətli partlayış baş verib.
Partlayışdan dərhal sonra silahlı qarşıdurma qeydə alınıb.
"Röyters”in xəbərinə görə, hadisə yerinə çox sayda təhlükəsizlik qüvvələri işçisi göndərilib.
Hadisə zamanı ölü və yaralıların olub-olmadığı barədə bilgi verilmir.
Partlayışın meydana gəldiyi bölgədə "Care International” humanitar yardım qurumunun ofisi, Baş Prokurorluq və polis bölməsinin binası yerləşir. Şahidlərin ifadəsinə görə, partlayışın hədəfi polislər olub./publika.az