Mayın 8-də İmperator Naruhito taxta çıxdıqdan sonra ilk dini ayini icra edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, İmperator sarayının ərazisində yerləşən məbədləri ziyarət edən Naruhito öz sələflərini taxta çıxması barədə təntənəli şəkildə məlumatlandırıb.
İmperatorların yalnız mühüm mərasimlər zamanı istifadə etdiyi tünd çəhrayı rəngdə mantiya geyinmiş 59 yaşlı Naruhito yapon monarxları sülaləsinin yaradıcısı hesab edilən Günəş ilahəsi Ameterasuya məxsus məbədlərdə dini ayinləri icra edib. Onun köməkçiləri əllərində İmperator ailəsinə məxsus qılıncı və qiymətli yaşma daşını aparıblar.
Mərasimdə iştirak edən İmperatirçə Masako da qədim geyimdə olub.
İmperator Naruhitonun digər çoxsaylı dini və ailəvi mərasimlərdə iştirak edəcəyi bildirilir.