Xəzər Xəbər

Pakistanda törədilən partlayışda həlak olanların sayı artıb

Dünya | 11:47 • 8 May 2019
Pakistanda törədilən partlayışda həlak olanların sayı artıb

Pakistanın Lahor şəhərində törədilən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.


Xezerxeber.az xəbər verir ki, Pəncab əyalətinin baş polis inspektorunun sözlərinə görə, hücumun hədəfi Lahorun Data-Darbar məscidi yaxınlığında dayanmış polis avtomobili olub.


Hazırda hadisənin baş verdiyi əraziyə gücləndirilmiş polis naryadları cəlb olunub. İlkin məlumata əsasən, 7 kiloqram trotil ekvivalentinə bərabər partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hücumun məsuliyyətini üzərinə götürməyib.

Xəbər lenti

Çox oxunanlar