Xəzər Xəbər

Pakistanda partlayış: azı beş nəfər həyatını itirib

Dünya | 11:22 • 8 May 2019
Pakistanda partlayış: azı beş nəfər həyatını itirib

Pakistanın Pəncab əyalətinin Laxor şəhərindəki Data-Darbar məbədi yaxınlığında törədilən partlayış nəticəsində azı beş nəfər həyatını itirib, onların üçü polisdir.


Xezerxeber.az xəbər verir ki, partlayış nəticəsində 24 nəfər yaralanıb, onların da çoxunun vəziyyəti ağır qiymətləndirilir. Vurğulanır ki, partlayıcı qurğu əyalətin polisə məxsus avtobusuna yerləşdirilib.


Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.


Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Çox oxunanlar