Fransanın Tuluza şəhəri yaxınlığındakı Blanyakda bar-tütün satış məntəqəsində götürülən girovlar azad edilib.
Xezerxeber.az xəbər verir ki, girovlar satış məntəqəsinin müdiri, onun qızı və işçiləri olub.
Girov götürən 17 yaşlı gəncin heç bir tələbi yoxdur. O, silahlı olduğundan hələ də satış məntəqəsində qalmaqdadır. Yannis adlanan bu gənc özünü "sarı jiletlər”in döyüşçüsü kimi təqdim edir. O, əvvəllər zorakılığa, oğurluğa görə polis tərəfindən saxlanılıb.