Xəzər Xəbər

Jurnalistlər 500 gündən sonra Myanmar həbsxanasından azad edilib

Dünya | 09:05 • 8 May 2019
Jurnalistlər 500 gündən sonra Myanmar həbsxanasından azad edilib

"Reuters”in iki jurnalisti Myanmar həbsxanasından azad edilib.


Xezerxeber.az xəbər verir ki, jurnalistlər sözügedən ölkənin dövlət sirri haqqında qanununu pozduğu iddiası ilə 7 il həbs cəzasına məhkum edilmişdi.


Ağ ev administrasiyasının bununla bağlı yaydığı bəyanatda vurğulanır ki, 2017-ci il dekabr ayında həbs edilən jurnalistlərin 500 gün keçəndən sonra ailələrinə qovuşması məmnunluq doğurur.


Bəyanatda həmçinin Myanmarda həbs olunan digər mətbuat nümayəndələrinin də azadlığa çıxacaqlarına ümid edildiyi vurğulanıb.


"Reuters”in yaydığı xəbərdə isə qeyd olunub ki, agentliyin sözü gedən iki əməkdaşını - Vah Lon və Kyau Su Oonu Myanmar prezidenti əfv edib.


Qeyd edək ki, jurnalistlərin həbsinə səbəb Myanmarda müsəlman əhalinin dözülməz vəziyyəti və ölkədə baş verən məlum hadisələrlə bağlı hazırladıqları geniş hesabat olmuşdu. Onlar 2017-ci ilin 13 dekabrında əllərində Arakan vilayətindəki bir ərazisinin xəritəsi və hərbi hesabatlarla tutulmuşdu.

Xəbər lenti

Çox oxunanlar