ABŞ-ın Kolorado ştatının Denver şəhərində Duqlas dairəsinin Haylends Renç rayonunda yerləşən STEM məktəbində silahlı insident nəticəsində bir nəfər həlak olub. Bu barədə şerifin ofisi "Twitter” səhifəsində məlumat yayıb
Xezerxeber.az xəbər verir ki, həlak olan şəxsin 18 yaşı olub. Daha əvvəl məktəbə silahlı basqın nəticəsində 7-8 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb. Cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların həmin məktəbdə oxuduqları güman edilir. Təhqiqat davam etdirilir.