Qətər Fələstinə maddi yardım göndərib.
Qətər əmiri Şeyx Təmim ibn Həmid Əl Sani blokada altında olan Qəzza zolağı və Qərbi Şəriədə yaşayan fələstinlilərə 480 milyon dollar maddi yardım edilməsi üçün təlimat verib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyi informasiya yayıb. Bildirilib ki, bu təşəbbüs iki ölkə arasında qardaşlıq və din bağlarından irəli gəlib.
Yardımın 300 milyon dollarlıq qisminin Fələstin hökumətinin təhsil və səhiyyə sektoru büdcəsinə nəğd və kredit formasında veriləcəyi qeyd olunub. Digər qismi isə humanitar yardımlar üçün ayrılacaq.
Həmas Qruplaşmasının siyasi bürosunun başçısı İsmayıl Həniyyə verilən dəstəyə görə Qətərə təşəkkürünü bildirib.
Qeyd edək ki, rəsmi Doha blokada altında olan Qəzza zolağındakı humanitar problemləri yüngülləşdirmək üçün 2007-ci ildən bəri Fələstinə kömək edir./publika.az