Xəzər Xəbər

Türkiyədə seçki gününə satılmış biletlərin pulu qaytarılacaq – Aviaşirkətdən açıqlama

Dünya | 17:48 • 7 May 2019
Türkiyədə seçki gününə satılmış biletlərin pulu qaytarılacaq

Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) İstanbul Bələdiyyə başqanlığı seçkilərinin nəticələrini ləğv etməsi ölkədə çox ciddi qəbul olunur. Ayrı-ayrı sənət adamları, ictimai fiqurlar məsələyə münasibət bildirir.

Məşhur hava yolları şirkəti olan "Pegasus” da səssiz qalmayıb. Aviaşirkət təkrar seçki təyin olunan 23 iyun biletlərini ləğv etdirmək istəyənlərə yaşıl işıq yandırıb. "Pegasus” bununla bağlı xüsusi açıqlama yayıb. Açıqlamada mayın 6-na qədər iyunun 23-nə bilet alanların bundan imtina etmək hüququ olduğu bildirilib. Şirkət biletin pulunu sərnişinə tam ödəməyə hazırdır.

Ümumiyyətlə, "Pegasus” iyunun 23-ü ilə bağlı hər hansı plan quranlara kömək edəcəyini bəyan edib. Mayın 31-nə qədər şirkətə müraciət edərək, yardım istənilə bilər./Bizimyol.info

Xəbər lenti