Bu haqda Almaniya Təhsil Nazirliyinin köməyi ilə "Die Zeit” qəzeti məqalə hazırlayıb. Qəzet yazır: "Tədqiqatlara görə, 2018-ci ildə almanların 7,3 faizinin doğma dildə yazma və oxuma səviyyəsi çox aşağı olub. Almanca mətnlərin oxunması bir ayrı problemdir. Xüsusilə miqrantlar üçün. Oxumaqda çətinlik çəkənlərin 47,4 faizi miqrant mənşəlidir”.
"Die Zeit” bildirir ki, 2011-ci ildə vəziyyət daha pis imiş. Səkkiz il əvvəl ölkədə 7,5 milyon insan öz doğma dilində düz-əməlli yazıb-oxuya bilmirmiş. Bu kateqoriyaya ayrı-ayrı sözləri anlayan, amma ümumilikdə mətni başa düşməyən insanlar daxil edilir.
Almaniya təhsil naziri Ani Karliçekin dediyinə görə, məhz böyüklərə bu baryeri aşmaq çətindir. Buna görə də siyasətçilər, ictimai insanlar onlara kömək etməlidir.
Yazma-oxuma problemi olanların 62,3 faizi əmək qabiliyyətlidir. Belə insanların hər beşindən biri orta məktəb təhsili almayıb.
"Die Zeit” yazır ki, ümumilikdə mətnin məğzini anlayıb, amma dəqiq yazıb-oxuya bilməyən adamların sayında da azalma olub. 2011-ci ildə Almaniyada 13,4 milyon belə insan varmış, indi 10,6 milyon nəfər olub./Bizimyol.info