Məzarın sahibinin yüksək statusu olduğu güman edilir. Dəfn olunan kişinin sol əlində ox gözə dəyir. Sağ əlində isə naməlum silah görünür.
Henan vilayətinin mədəni irs və arxeologiya institutunun ekspedisiya rəhbəri Ma Tszuntsay deyir ki, silah yəşim adlanan qiymətli mineral daşdan hazırlanıb: "Əlindəki daha çox qədim hindu döyüş baltasını xatırladır. Həmin dövrdə bu silah hakimiyyət rəmzi sayılırdı”.
Məzarda xeyli əşyalar da tapılıb. Məsələn, yəşim, keramika məhsulları, donuzun alt çənəsindən hazırlanan ritual predmetləri aşkar olunub. Elə bunlar da varlı adama məxsus ola bilərdi.
Alimlər təxmin edir ki, məzarın sahibinin Tsyuyalin mədəniyyətinin nümayəndələrindən olması mümkündür./Bizimyol.info