Xəzər Xəbər

Seçki nəticəsinin ləğvinin Türkiyəyə təsiri: lirə kəskin ucuzlaşa bilər

Dünya | 16:38 • 7 May 2019
Seçki nəticəsinin ləğvinin Türkiyəyə təsiri:

Türkiyə Ali Seçki Komissiyasının (YSK) İstanbuldakı seçki nəticələrini ləğv etməsi bu ölkənin iqtisadiyyatına təsirsiz ötüşməyəcək.

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Türkiyə lirəsinin dollara nisbətən məzənnəsində azalmaların davam edəcəyi proqnozlaşdırılır:

"Seçki tərəfləri arasındakı münasibətlər gərginləşərsə, bu halda yaxın zamanlarda Türkiyə pulu "1 dollar 7 lirə” məzənnəsinədək ucuzlaşa bilər. Gözlənilir ki, son qərardan sonra qardaş ölkədə dollara tələb kəskin artacaq.

Yalnız investorlar deyil, eyni zamanda, əhalinin də xarici valyuta alışının çoxalacağı gözlənilir. Son qərar valyuta bazarına psixoloji təsir göstərir ki, bu da lirəni ucuzlaşdırır”.

Xəbər lenti

Çox oxunanlar