ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edib.
Bu haqda "Röyters” agentliyi bildirib.
Pompeonun sözlərinə görə, danışıqlar zamanı ABŞ-da keçiriləcək qarşıdakı seçkilərdə Rusiyanın müdaxiləsi mövzusunu qaldırıb, həmçinin vurğulayıb ki, bu, qəbuledilməzdir.
Eyni zamanda diplomatik mənbəyə istinadən TASS agentliyi bildirib ki, görüşdə Rusiyanın seçkilərə müdaxiləsi mövzusu müzakirə edilməyib və Rusiya tərəfi Pompeonun açıqlamasına görə təəccüblənib.
Qeyd edək ki, Sergey Lavrov və Mayk Pompeonun görüşü mayın 6-da Finlandiyada keçirilib. Lavrov həmkarı ilə söhbəti "yaxşı və konstruktiv” kimi qiymətləndirib./publika.az