Xəzər Xəbər

Türkiyə XİN: erməni terrorçunu milli qəhrəman səviyyəsinə qaldırmaq terrorçuluğun təbliğidir

Dünya | 12:47 • 7 May 2019
Türkiyə XİN: erməni terrorçunu milli qəhrəman səviyyəsinə qaldırmaq terrorçuluğun təbliğidir

Türkiyə tərəfi erməni terrorçu Gurgen Yanikiyanın nəşinin Los-Ancelesdən gətirilib Yerevanda hərbi məzarlıqda təntənə ilə dəfn olunmasına kəskin etirazını ifadə edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb. Bildirilir ki, amansız bir erməni terrorçunu milli qəhrəman səviyyəsinə qaldırmaq və onun üçün təntənəli mərasim təşkil etmək terrorizmin təbliğidir və bunu heç bir halda qəbul etmirik.


Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmir 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.

Xəbər lenti

Çox oxunanlar