Xəzər Xəbər

Əfqanıstanda “Taliban” hərəkatının 150 üzvünün öldürüldüyü iddia edilir

Dünya | 13:59 • 7 May 2019
Əfqanıstanda “Taliban” hərəkatının 150 üzvünün öldürüldüyü iddia edilir

Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində ABŞ-ın başçılıq etdiyi koalisiyanın və əfqan ordusunun endirdiyi hava zərbələri nəticəsində "Taliban” hərəkatının azı 150 üzvünün öldürüldüyü, narkotik vasitələrin istehsal olunduğu 68 laboratoriyanın dağıdıldığı iddia olunur.


AZƏRTAC Khaama Press informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi nümayəndəsinin sözlərinə görə, koalisiyanın, həmçinin ölkənin milli müdafiə və təhlükəsizlik qüvvələri taliblərin Bakva rayonunda yerləşən mövqelərinə müştərək aviasiya zərbələri endirib.


Bakva rayonunun rəisi Abdullah Qafur isə öz növbəsində aviasiya zərbələri nəticəsində 45 nəfərin həlak olduğunu və 10 laboratoriyanın məhv edildiyini bildirib.


ABŞ və müttəfiqləri Əfqanıstanda "Taliban” hərəkatına və digər qruplaşmalara qarşı əməliyyatlara 2001-ci ildən başlayıb. Bu, ABŞ Silahlı Qüvvələri tarixində ən uzun sürən hərbi kampaniya olub. 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp administrasiyası Əfqanıstan münaqişəsinin nizamlanmasında region ölkələrinin aktiv iştirakını nəzərdə tutan yeni fəaliyyət strategiyasını təqdim edib.


Bundan başqa, Əfqanıstanda İŞİD və "Əl-Qaidə” kimi qruplaşmaların fəaliyyət göstərməyəcəyi şərti ilə Amerika qoşunlarının ölkədən çıxarılması və ya saylarının xeyli azaldılması imkanları da müzakirə edilir.


Xəbər lenti