Rusiyada plastik qabların istifadəsinin qadağan edilməsi gündəmə gəlib.
Bu barədə Təbiət Nazirliyinin rəhbəri Dmitriy Kobılkin deyib. Onun sözlərinə görə, belə bir qərarın qəbul edilməsində məqsəd plastik qabların təbiətə vurduğu ziyanın qarşısını almaqdır.
Nazirlik rəsmisi əlavə edib ki, Rusiya artıq plastik qablardan imtinaya hazırlaşır.
Qeyd edək ki, keçirilən sorğunun nəticələrinə görə, əhalinin 71 faizi plastik qablardan imtina etməyə hazır olduğunu bəyan edib.