Xəzər Xəbər

Tasman buzlağından nəhəng buz parçaları qopub

Dünya | 11:16 • 9 Fevral 2019
Tasman buzlağından nəhəng buz parçaları qopub

"16 ildə Antarktika qitəsində ərimə ortalama 280% artıb"

Yeni Zellandiyada yerləşən Tasman buzlağından nəhəng buz parçalarının qopduğu bildirilib.

Aoraki/Cook Dağı Milli Parkında Tasman buzlağından qopan böyük parçalar 1970-ci illərdə ərimə nəticəsində yaranan gölün dörddə birini doldurub.

Bölgəyə rəhbərlik edən Çarli Hobs verdiyi açıqlamada gölün ətrafında göydələn böyüklüyündə buz parçalarının olduğunu deyib.

Yeni zellandiyalı buzlaq alimi Heather Purdie Tasman buzlağının son bir neçə ildir qlobal istiləşməyə görə kiçildiyini bildirib.

Bu ilin əvvəllərində aparılan araşdırmaya görə 16 ildə Cənub yarımkürəsinin Antarktika qitəsində ərimə ortalama 280% artıb.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar